SON DƏQİQƏ! Məşhur meyxanaçı qətl törətdi – FOTO / YENİLƏNDİ 

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

Yenicag.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

*** 09:03

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir – red) bıçaqla öldürüb.

R.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

İddiaya görə, öldürülən şəxs Rəşadın qonşusudur.

Onun Rəşada söyüş söyməsi səbəbindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.