Son dəqiqə: Metro bağlandı, sərnişinlər stansiyaya buraxılmır – Foto

74_bigBu gün saat 22.50 radələrində metronun Nizami stansiyasında qatarların hərəkətində problem yaranıb. Cebhe.info əməkdaşının məlumatına görə, hərəkət edən qatar platformada dayanıb və sərnişinlər qatarlardan boşaldılıb.

Qatarın hərəkəti davam etməməsinə səbəb kimi texniki nasazlıq göstərilib. Sərnişin sıxlığının yaranmasının qarşısını almaq üçün polis əməkdaşları Mizami metrosunun girişini bağlayıb. Sərnişinlər bu dəqiqələrdə içəri buraxılmır.