Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda hərbi sursat partlayıb.
Bu barədə Yenicag.az-a nazirlikdən məlumat verilib.
“Sınaq zamanı 60 mm-lik minaatan partlayıb. Bir nəfər – Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati qorxusunun olmadığını bildiriblər”, – məlumatda qeyd edilib.