Yenicag.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada bir kafedə partlayış baş verib.
Viktoriya Meydanında metro çıxışına yaxın ərazidə yaşanan partlayışda bir nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə çox sayda təcili yardım və xilasetmə vasitələri sövq edilib.
Partlayışa səbəb isə qaz borusunda yaranan dəlik olub.