Prezident bu rayonlara yeni icra başçısı təyin etdi, onları vəzifədən uzaqlaşdırdı - YENİLƏNDİ 6
Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
***13:41
Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
***13:39
Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
***
Göyçay rayonuna yeni icra başçısı təyin edilib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.
***
Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
***13:21
Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə Elxan Oqtay oğlu İbrahimov təyin edilib.
Prezidentin bundan əvvəl imzaladığı Sərəncama əsasən, Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.












