SON DƏQİQƏ: Qaxda partlayış – Çox sayda yaralı var

Qaxda baş verən partlayış nəticəsində 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, onlardan 4-nün vəziyyəti yüngül, 2-sinin vəziyyəti isə orta-ağır stabildir. Xəstələrin həyati təhlükəsi yoxdur.

***

Qaxda partlayış olub.

Yenicag.az-ın verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Partlayış nəticəsində 5 nəfər rayon sakini xəsarət alıb.

Xəsarət alanlar – 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayış qazıntı işləri aparılan zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

COP29