Son dəqiqə: Qəbələdə meşə yanır – Əraziyə helikopter və təyyarə göndərildi

Qəbələdə meşə yanır.

Yenicag.az-ın məlumatına görə, yanğın rayonun Solquca kəndində meşə massivində meydana gəlib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir təyyarəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir./APA/