Xəbər verdiyimiz kimi, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.
Türkiyəli mütəxəssislərin iştirakı ilə təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Yenicag.az xəbər verir ki, tapılan təyyarənin görüntülərini türk mətbuatı yayımlayıb.