Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubuna transfer olub.
Yenicag.az klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.
Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib. Müqaviləsinin müddəti bitdiyi üçün Samara təmsilçisindən ayrılan futbolçu Premyer Liqada 18 oyuna 4 qol vurub.
Qeyd edək ki, “Dinamo” son mövsümdə 33 xalla 12-ci yeri tutub.