SON DƏQİQƏ! Ramin Bayramlı istefa verdi – FOTO /VİDEO

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

Yenicag.az xəbər verir ki, bununla bağlı o, özünün “Twitter” hesabında yazıb.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.

Xatırladaq ki, bir neçə gün öncə Yenicag.az Ramin Bayramlının sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən özünə 4 sot torpaq aldığı və orada dəbdəbəli villa tikdirdiyi barədə məlumat vermişdi.

Həmən villanın görüntülərini bir daha təqdim edirik: