SON DƏQİQƏ! Refat Çubarov hava limanında saxlanıldı

Krım Tatar Milli Məclisinin (KTMM) prezidenti Refat Çubarov Buxarest hava limanında təxminən üç saatyarım saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Çubarov “Facebook” səhifəsində yazıb. O, hava limanında  Rumıniya Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulduğunu qeyd edib:

“Rusiya xüsusi xidmət orqanlarının nümayəndələrinin məni Rumıniyada tutmağa çalışacağını gözləmirdim. Bu gün Buxarest hava limanında pasport nəzarətindən keçəndə, Rumıniya Sərhəd Xidməti əməkdaşları pasportumu əlimdən aldılar və heç bir izahat vermədən orada 3,5 saat saxladılar”.

KTMM prezidenti Çubarov Ukraynanın Buxarestdəki səfiri və baş konsulunun müdaxiləsindən sonra sərbəst buraxıldığını bildirib: “Ukraynanın Buxarestdəki səfirliyi, saxlanma səbəblərimə dair dəqiq cavab üçün müvafiq qurumlara müraciət edəcək”.

Qeyd edək ki, Çubarov Buxarestdə Rumıniya Xarici İşlər Nazirliyinin Dövlət katibi, “Birləşmiş Ştatların Alman Marşal Fondu”nun mütəxəssisləri ilə görüşəcək və Rusiyanın işğalı altında olan Krımın vəziyyətini, yarımadanın və Qara dənizin hərbiləşdirilməsini müzakirə edəcək.

 

COP29