!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ: Rəşad Atakişiyevin nəşi tapıldı - Müdafiə Nazirliyi məlumat yaydı

!Reklam – Yazi

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

***

24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin “Miq-29” təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Yenicag.az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli deyib.

O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Hazırda DNT analizi götürülür.

Rəşadla vida mərasimi sabah yaşadığı evdə keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

www.yenicag.az

4015
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv