SON DƏQİQƏ! “Sovetski”dəki evlərdə yanğın – VİDEO / YENİLƏNDİ

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

Məlumata görə, əraziyə dörd yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

23:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.