SON DƏQİQƏ: Şüvəlanda ağır qəza – VİDEO

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Şüvəlanda polis akademiyasının yaxınlığında baş verib.

99-LO-462 nömrə nişanlı Mercedes markalı avtomobillə VAZ 2107 markalı maşının toqquşması nəticəsində hər iki maşına ciddi ziyan dəyib.

Hadisə nəticəsində hər iki sürücü bədən xəsarətləri alıb.