SON DƏQİQƏ! Tofiq Yaqublu “City Hospital”a köçülür

“Musavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranması ilə əlaqədar olaraq “City Hospital”a aparılması üçün xəstəxana rəhbərliyinin icazəsini gözləyirlər”.

Yenicag.az xəbər verir ki, bunu Yaqublunun həkimi deyib.

O, bildirib ki, özəl klinika olduğu üçün rəhbərliyin icazəsi alınmalıdır: “Hələ “City Hospital”a köçürülməyib. Vəziyyəti kritik olduğundan xəstəxana şəraitində olması vacibdir”.

Yaqublunun qızı Nigar Həzi də sosial şəbəkə paylaşımında atasının “City Hospital”a köçürüldüyünü qeyd edib.

Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.