Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

SON DƏQİQƏ: Tramp Boltonu vəzifəsindən azad etdi

ABŞ prezidenti Donald Tramp ölkənin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib. 

Yenicag.az xəbər verir ki, buna səbəb kimi Boltonun xidmətlərinin artıq lazımlı olmaması göstərilib.

“Son vaxtlar Boltonun bir çox məsləhəti ilə razılaşmırdım. Bunu axşam özünə dedim, istefasını istədim. Bu gün isə Bolton istefa verdi” – deyə, Tramp qeyd edib.

Sonda Donald Tramp Con Boltona bütün xidməti ərzində göstərdiyi fəaliyyətinə görə təşəkkür edib.

Qeyd edək ki, son zamanlar Con Bolton prezident Tramp və Müdafiə Naziri Maykl Pompeo ilə gərginlik yaşayırdı.

www.yenicag.az

522
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM