Türkiyənin Tunceli vilayətində terrorçu qruplaşmaların rəhbərlərinin də olduğu mağara qırıcılar vasitəsiylə bombalanıb.
Yenicag.az xəbər verir ki, 9 gündür təslim olmaları tələb edilən, lakin silahlı mübarizəyə davam edən bütün terroristlər öldürülüb.
Qeyd edək ki, bir müddət əvvəl 800-900 metr uzunluğundakı mağarada terrorçuların gizləndiyi haqda məlumat əldə edilib. TSQ həmin terrorçulardan təslim olmağı təıəb etsə də rədd cavabı alıb.
Tunceli yerli idarəetmə orqanları da məlumatı təsdiqləyib.