Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

SON DƏQİQƏ: Türk əsgərləri Azərbaycanın işğaldan azad edilən bölgələrində - FOTO

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

Bu barədə Yenicag.az-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

“Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, – deyə Müdafiə Nazirliyində bildirilib.

***

Türkiyə Respublikasının Quru Qoşunları Azərbaycanın işğaldan azad olunan bölgəsində orduya dəstək göstərməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Mina və qustar üsulla hazırlanmış partlayıcı maddələri zərərsizləşdirən Quru Qoşunlarımızın dəstəsi erməni işğalından azad edilən ərazilərdə Azərbaycan ordusuna dəstək verməyə başlayıb. Komanda üzvlərimiz həm ərazilərin mina və partlayıcılardan təmizlənməsində iştirak edəcək, həm də Azərbaycan qoşunlarına təlim keçəcəklər”, – məlumatda qeyd edilib.

www.yenicag.az

2985