Türkiyənin Qəhrəmanmaraş şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Bakı vaxtı ilə 21:00-da qeydə alınıb.
Yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.