SON DƏQİQƏ! Türkiyədə fabrik yanır – FOTO/VİDEO

Türkiyənin İzmir vilayətində taxta altlıqlar fabrikində yanğın başlayıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Fabrikin yaxınlığındakı evlərin sakinləri təxliyə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi məlum deyil.