SON DƏQİQƏ! Türkiyəyə meteorit düşdü – ANBAAN VİDEO/FOTOLAR

Bu gün axşam saatlarında Türkiyənin bir çox şəhərinə göydən meteorit düşməsilə bağlı məlumat yayılıb.

Yenicag.az xəbər verir ki,  bir çox vətandaş xüsusilə Trabzon, Artvin, Malatya, Elazığ, Bingöl, Diyarbakır, Ərzurum, Sivas, Tunceli, Erzincan və Ardahan kimi şəhərlərdə göydən “işıq topu”nun düşdüyünü iddia edib.

Müxtəlif bölgələrdə meteoritin düşmə anı yerli sakinlər tərəfindən kameraya çəkilib.

Trabzon polisi şəhərin bir çox bölgəsindən meteorit düşməsi ilə bağlı məlumatların gəldiyini təsdiqləyib.

Lakin bunun yer kürəsilə əlaqəli bir vəziyyətin olmadığını bildirib.