!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son dəqiqə - Yaşayış binası yanır - ANBAAN VİDEO

!Reklam – Yazi

11:05

Bakıda 16 mərtəbəli yaşayış binanda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

***

10:50

Yaşayış binasında yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, yanğın Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində, Altes Plazanın arxasındakı binalardan birinin 11-ci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Bina ətrafına maşınların girişi bağlanıb.

Bina sakinlərinin verdiyi məlumata görə, yanğın zamanı evdə 3 uşaq olub.

Daha sonra 2-si xilas edilib, 1-nin isə hələ də yanğın baş verən mənzildə qaldığı bildirilib.

Binada qaz olmadığı qeyd edilib. Yanğının baş vermə səbəbi açıqlanmayıb.

Yenə yanır 🔥

Gepostet von Vaqif Huseynov am Sonntag, 23. Februar 2020

www.yenicag.az

2938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv