Son gün ərzində vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 873 818, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 377 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 956, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 371 347, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 435 nəfər təşkil edir.