!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Son günlərdə İran mediası “Azərbaycan yolkəsənlik edir” deyə şivən salıb” – DAK təmsilçisi

!Reklam – Yazi

“Azərbaycan dövlətinin tam haqqı var ki, İrandan keçən maşınlarda Ermənistana nə daşındığını yoxlasın”.

Bu fikirləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin son günlərdə 2-ci dəfə Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməsinin səbəblərinə toxunan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İrandan Azərbaycan ərazilərindən keçərək Ermənistana gedən maşınların yoxlanılması Tehranda ciddi çaşqınlıq yaradıb:

“Bildiyiniz kimi, müharibədən əvvəl və sonra İran Ermənistanın əsas zəruri ehtiyaclarını ödəmək üçün oraya ən müxtəlif məhsullar göndərir, yanacaqla, elektrik enerjisi ilə təmin edir. Bu da İranın Azərbaycanla köklü düşmənçiliyindən qaynaqlanan məsələdir.

İrandan Ermənistana gedən yük maşınları Azərbaycan ərazisindən keçir. Beynəlxalq qanunlara əsasən, bir ölkədən başqa ölkəyə keçən maşınlardan torpaqbasdı pulu alınır. Eyni zamanda, Azərbaycan dövlətinin tam haqqı var ki, İrandan keçən maşınlarda Ermənistana nə daşındığını yoxlasın.

Azərbaycanın İran maşınlarını yoxlamağa başlaması və onlardan rüsum alması bu ölkədə ciddi hay-küyə səbəb olub. Son günlərdə İran mediası, xüsusilə, bu ölkənin hakimiyyətinə bağlı “Telegram” kanalları, həmçinin bir sıra siyasətçiləri “Azərbaycan yolkəsənlik edir” deyə şivən salıblar.

Azərbaycanın bu addımları beynəlxalq qanunlara uyğundur. Belə olduğu təqdirdə, çox maraqlıdır, İran səfiri Hikmət Hacıyevə nə deyə bilər, nədən danışar? Bunu demək çətindir”.

A.Zeynalov

www.yenicag.az

1227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv