Son illərin ən gərgin siyasi debatı: Əli Əliyev və Elman Nəsirov canlı yayımda davaya çıxdılar

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və YAP-çı deputat Elman Nəsirovun iştirakı ilə keçirilən debatda gərginlik son həddə çatıb.

Yenicag.az xəbər verir ki, VİP sədri və YAP-çı deputat arasında “Yeni Müsavat” qəzetinin “Facebook” səhifəsində təşkil olunan canlı debatda tərəflər bir-birilərinə qarşı çox kəskin ifadələr işlədiblər.

Əvvəlcə normal məcrada başlayan debatda gərginlik bir anda yüksəlib. Elman Nəsirovun müxalifətin və Əli Əliyevin ünvanına səsləndirdiyi fikirlərdən sonra VİP sədri YAP-çı opponentinə eyni qaydada qarşılıq verib.

Moderator Sevinc Telmanqızı deputatı və partiya sədrini çətinliklə sakitləşdirdikdən sonra debatı davam etdirmək mümkün olsa da, siyasətçilər arasında “söz savaşı” sona qədər davam edib.

Maraqlıdır ki, gərgin şəraitdə keçməsinə baxmayaraq, 2 saat davam edən debat verilişi izləyən “Facebook” istifadəçilərinin yüksək fəallığı ilə müşayiət olunub.

COP29