2024-cü ilin yayının ən isti yay olacağı ilə bağlı proqnozlar verilir. Bu da əhalidə müəyyən narahatlıqlara səbəb olub.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli isə belə bir proqnozun verilməsinin doğru olmadığını bildirib:
“İnsanları qorxutmaq fikrində deyiləm. Bölgələrimizdə yağış yağır, insanlar hələ yayın gəlmədiyindən şikayət edirlər. Bakıya baxıb, proqnoz verə bilmərik ki, yay qızmar keçəcək, ya yox”.
Ətraflı videonu təqdim edirik:
Cəvahir