“Son olay Paşinyanla əlaqəli deyil”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Türkiyə Prezidenti Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatının Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqədar olmadığını qeyd edərək Qarabağda keçirilən qondarma “prezident seçkiləri”nin Paşinyanı da narahat etdiyini vurğulayıb:
“Son hadisə Paşinyan ilə əlaqəli deyil. Ermənistan dövləti ilə bağlı deyil. Bu, Qarabağdakı qarətçi erməni qrupla bağlı bir məsələdir. Onların özlərinə “prezident seçkiləri” keçirmə cəhdləri ciddi mənada həm Paşinyanı, həm də Azərbaycanı narahat etdi… Xəbərdarlıqlar edildi, amma onlar buna məhəl qoymadılar. Davam etdirdikləri üçün Azərbaycan da addımını atdı və prosesi çox da uzatmadan oradakı əməliyyatları tamamladılar”.