!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Son olaylardan sonra Paşinyan hökumətini devirmək istəyən qüvvələrin gücü...” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistan hökuməti daha əvvəl məsələni uzatmağa cəhd göstərsə də, artıq onun saxta manevrlər üçün heç bir imkanı qalmayıb”.

Bu fikirləri ermənilərin Laçın rayonunun kəndlərini tərk etmələri haqda qərarın Ermənistan hökumətinin dayanıqlılığına mümkün təsirini dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Politoloq hesab edir ki, erməni cəmiyyətinin düşünmək qabiliyyətini itirməyən kəsimi hökumətin bu addımlarına təmkinli yanaşır:

“Bildiyininz kimi, işğal dönəmində Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırılan ermənilərin artıq o kəndləri boşaldılması prosesinə başlanılıb və onların başqa yolu qalmayıb.

Bu proses məlum üçtərəfli bəyanatın müddəaları əsasında həyata keçirilir və Ermənistan hökuməti daha əvvəl məsələni uzatmağa cəhd göstərsə də, artıq onun saxta manevrlər üçün heç bir imkanı qalmayıb. Ona görə də ərazilərimizdə qanunsuz məskunlaşmış ermənilər o kəndlərdən çıxmağa məhkumdurlar.

Doğrudur, Paşinyan hökumətinin bu addımlarına ermənilərin münasibəti birmənalı deyil. Revanşist adlandırılan qüvvələr Laçının kəndlərinin boşaldılmasını Ermənistanın 44 günlük müharibədə aldığı ağır məğlubiyyətin davamı kimi qiymətləndirirlər.

Bununla belə, erməni cəmiyyətinin düşünmək qabiliyyətini itirməyən kəsimi hökumətin bu addımlarına təmkinli yanaşır. Onlar anlayırlar ki, hökumətin geri çəkilməkdən başqa yolu yoxdur. Əks halda, daha ağır nəticələrlə üzləşə bilərlər.

O baxımdan, bu geriçəkilmələrin Paşinyan hökumətinin mövqelərini sarsıdacağı gözlənilmir. Son olaylardan sonra Paşinyan hökumətini devirmək istəyən qüvvələrin gücü bu məqsəd üçün yetərli deyil. Bu, ötən aylarda keçirilən aksiyalardan da aydın göründü. Ona görə də Ermənistan onun üçün ağrılı olan bu prosesdə öz öhdəliklərini yerinə yetirməli olacaq”.

A.Zeynalov

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv