!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Son söhbətimiz Qurban Qurbanovla olacaq" - Rəşad Sadıqov

!Reklam – Yazi

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov gələcək karyerası ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, “Xəzər Tv”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olan təcrübəli müdafiəçi bunları deyib:

“Mövsümün sonunda karyeramı bitirirdim. Məşqçi kimi qarşıma böyük hədəflər qoymuşdum. Amma məlum səbəblərdən sonra, qışda qərara gəldim ki, mövsümü yaxşı nəticə ilə başa vurmalıyıq. Bu 4 ayı özümə qapanmışam. Çox istəyirdim ki, komandamız yaxşı nəticə qazansın. 2-3 tur bundan qabaq Qurban müəllim müqavilə ilə bağlı söz atırdı, mən də məsələdən yayınırdım. Əmrah Çəlikəl də dedi ki, gəl oturaq söhbət edək. Hamının fikrinə hörmətlə yanaşıram. Futbol içində olan adamlardan da müsbət cavab almışam. Hamısı deyir ki, davam elə. Son söhbətimiz də Qurban Qurbanovla olacaq. Onunla həm məşqçim, həm də dostum kimi danışacam. Mən nəyinsə xətrinə müqavilə bağlamaq istəmirəm”.

www.yenicag.az

10627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv