Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 96 nəfər müalicə olunaraq sağalıb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər vəfat edib.
Hazırda ölkə üzrə aktiv xəstələrin sayı 481-dir.