Azərbaycanda bu gün koronavirus infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan dünyasını dəyişən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 808 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 041 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 54 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 134, bu günə qədər isə ümumilikdə 6 907 553 test icra olunub.