Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 135 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 472, bu günə qədər isə ümumilikdə 6 785 398 test icra olunub.