Son sutkada neçə nəfərə vaksin vurulub? – RƏQƏMLƏR

Azərbaycanda son sutkada 425 nəfər vaksinasiya olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 155, ikinci doza vaksinlərin sayı 109 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 144-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 17 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 946 175 olub.