Son sutkada yoluxanların SAYI – 13 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789 481 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9 531 nəfər vəfat edib, aktiv xəstə sayı 4 244 nəfərdir.

Ölkədə son sutka ərzində 3 512, hazırkı dövrədək 6 603 318 test aparılıb.