!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Son vaxtlar Rusiya Ermənistana müəyyən təzyiqlər edir, lakin…” – Politoloq

!Reklam – Yazi

rosarm“Bu məsələ gözlənilən idi. Dəfələrlə Rusiya Ermənistanın KTMT-nin üzvü olmasını bəhanə gətirərək, ərazidə yerləşən 102 saylı bazasını və Erebuni aerodromu yaxınlığında yerləşən qırıcılardan ibarət eskadrilyasını yeni silah və sursatla təmin edəcəyini bəyan edib”.

Bu sözləri Yenicag.Az-a Rusiyanın Ermənistanla imzaladığı vahid ordu birləşmələri haqqında razılaşmanın şərtlərindən danışarkən politoloq Arzu Nağıyev söyləyib.

Politoloq qeyd edir ki, bundan başqa səbəb kimi məhz NATO ilə Rusiyanın sərhədlərinin məhz Türkiyə-Ermənistan sərhəddi olmasını dəfələrlə bəyan edib:

“Təbii ki, bütün bunların hamısı Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edən amillərdir. Məhz bunu hiss edən ermənilər danışıqlardan yayınır və status-kvonu saxlamağa çalışırlar. Burada əsas məqamlardan biri də təbii ki, Azərbaycanın müstəqil siyasət aparmasıdır. Belə ki, son İsrail danışıqları da belə hallardandır. Qərb isə Rusiyaya SSRİ-nin sələfi olduğunu dəfələrlə bildirir və münaqişənin həllində açar rol oynamağı tövsiyyə edir. Rusiya isə bu məsələni həll etmədiyi üçün tam olmasa da sanksiyalara uğrayır, regional makro layihələrdən kənarda qalır. Son vaxtlar Rusiya Ermənistana müəyyən təzyiqlər edir, lakin konkret addımlar atılmır. Bir daha qeyd etmək lazımdır ki, bu məsələlərin arxasında əsasən, Rusiyanın Ermənistanla tərəfdaş olmasını göstərməkdir. Çox təəssüf ki, Rusiya bunu ATƏT-in Minsk qrupunun üzvü və həmsədrlikdə təmsilçisi kimi edir”.

Qeyd edək ki, Rusiyanın Ermənistanla imzaladığı vahid ordu birləşmələri haqqında razılaşmanın şərtlərinə əsasən, qruplaşmanın tərkibinə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası və Ermənistanın İrəvan yaxınlığında yerləşən 5-ci ordu korpusu daxil ediləcək.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv