Son zamanlar vətəndaşların bank kartları məlumatlarının ələ keçirilməsi ilə hesablardan pulların çəkilməsi halları artıb. Belə ki, dələduzlar hansısa yollarla insanları şirnikləndirərək, kart məlumatlarını ələ keçirir, nəticədə bu hal vətəndaşın hesabında olan bütün məbləğin oğurlanmasına gətirib çıxarır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev də kibertalanmaya məruz qalma halların intensiv hal aldığını, vətəndaşları maksimum dərəcədə diqqətli olmağa çağırıb.
Belə halların intensiv hal alması vətəndaşların öz pullarını artıq bank kartında deyil, “ mənim də başıma gələr” fikri ilə “yastıq altı”nda saxlamaq fikrini formalaşdırır.
Mövzu barədə Yenicag.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, son zamanlar baş verən hadisələr göstərir ki, Azərbaycanda hər il əvvəlki illərə görə kibertalançılıq və kiberdələduzluq halları çoxalır:
Daha ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov