!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son zamanlar geniş yayılan təhlükəli Çölyak xəstəliyi – ƏLAMƏTLƏRİ, ZƏRƏRLƏRİ

!Reklam – Yazi

Çölyak xəstəliyi günümüzdə yayılmış allergik reaksiyadır.

Bu xəstəliyə düçar olan zaman ən çox arpa, buğda, çovdar, yulaf kimi qidalardan uzaq durmaq lazımdır. Qlütensiz qidalanma vərdişi bu xəstəliyin müalicə üsuludur. Konkret dərmanı olmayan bu xəstəliyə hər yaş qruplarında rast gəlmək mümkündür.

Yenicag.az “Medicina”ya istinadən mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Xəstəlik ilkin vaxtlarda özünü qusma, ishal, halsızlıq kimi simptomlarla büruzə verir. İrəliləmiş formada isə anemiya, dəridə qaşıntı kimi fərqli əlamətlər qeydə alınır. Xroniki xəstəlik olmasına baxmayaraq, müalicəsi mümkündür. Bunun üçün qlüten tərkibli qidaların rasionunuzdan çıxarılması kifayətdir.
Xəstəlik istənilən yaş dövründə müşahidə edilir. Fərqli əlamətlərlə özünü göstərsə də, bəzi insanlarda gizlin formada gedir.

Çölyak xəstəliyinin əlamətləri:

• Uzun müddət davam edən ishal
• Qusma
• Dəridə qaşıntı və səpgilər
• Davamlı qarın ağrısı
• Halsızlıq və iştahasızlıq
• Qarında şişlik
• Əsəbilik
• İştahasılıq
• Artıq çəki və kilo itirmə
• Boyun balaca olması
• Ərgənliyin gecikməsi
• Qəbizlik
• Sümük əriməsi
• Qan azlığı
• Əzələ zəifliyi
• Qaz şikayətləri və nəcisdə anormallıq
• Qarın bölgəsində önə doğru qabarıqlıq

Qarın ağrısı, köp və kilo ala bilməmək kimi şikayətlərlə özünü büruzə verən çölyak (seliakiya) xəstəliyi tez-tez müxtəlif xəstəliklərlə qarışdırılır. Çölyak xəstəliyi, həyat boyu davam edən qida allergiyası olaraq bilinməkdədir.

Bədənin verdiyi reaksiya nəticəsində 12 barmaq bağırsaq quruluşu pozulmaqda və nazik bağırsağın xüsusilə başlanğıc qismi normal fəaliyyətini itirir. Bu səbəbdən insanlar bu nöqtədə inkişafı lazım olan nazik bağırsağın fəaliyyətlərindən məhrum qalır.

İndiki vaxtda hazır qida sektorunda qlüten çox istifadə edilir. Biskvitlərdə, hazır şorba, qlüten tərkibli saqqız və şokoladlar çölyak xəstələri üçün təhlükəlidir. Hətta qadınların istifadə etdiyi bəzi kosmetik məhsulların içində belə bu maddəyə rast gəlinir.

Bunların yanında dərman, şampun, krem kimi məhsullar qlüten məzmunları səbəbiylə diqqətli istifadə edilməlidir. Qidaların etiketləri mütləq oxunmalıdır.

Xüsusilə evdə qlütenli və qlütensiz qidaların bir-birindən ayrı və uzaq saxlanması vacibdir. Yemək hazırlığı əsnasında qlütenli qidalara dəymiş çəngəl, qaşıq, süzgəc, qab kimi vəsaitlər qətiliklə çölyaklı kəslərin qidalarına toxunmamalıdır. Bir ton qidada 2 qaşıq qlütenin belə təhlükəli ola biləcəyi unudulmamalıdır.

Çölyak xəstələri istifadə etdikləri hər qidanı yoxlamaq məcburiyyətində qalır. Qlütensiz amma sağlam qidalanmaq bu xəstələr üçün əhəmiyyətlidir. Qarğıdalı, düyü, kartof, noxud, mərci , şabalıd, lobya, qoz-fındıq kimi qidaları və bu qidalardan əldə edilən un və nişastalardan istifadə etmək lazımdır.

Qoz, fındıq kimi çərəzlər ilə əncir və kişmişi qida rasionundan çıxarmamalısınız. Bununla yanaşı, ev heyvanları və qırmızı et, bütün tərəvəz və meyvələr, paxlalıların bütün növləri, yumurta, bal kimi qidaları rahatlıqla istifadə edə bilərsiniz.

Buğda çörəyi yerinə qarğıdalı çörəyi yeyilməlidir. Alınan qarğıdalı çörəyinin tərkibində digər unların və maddələrin qarışdıra biləcəklərini rəhbər alaraq çörəyi özünüzün bişirməyiniz daha məsləhətlidir.

Ən sıx görülən problem bağırsaqlarda müşahidə edilir. Bunlarla birlikdə halsızlıq, sümük əriməsi, sonsuzluğa və depressiyaya səbəb ola bilər. Müalicə edilməmiş çölyak xəstəliyi uzun dövrdə incə bağırsaq xərçəngi və lenfoma kimi xəstəliklərin meydana çıxma riskini də artırır. Uşaqlarda isə boy qısalığı, davranış problemləri və inkişaf geriliyinə səbəb ola bilər.

Əgər pəhrizə riayət edərsinizsə, ömrünün sonuna qədər rahat, şikayətlənmədən yaşamaq mümkündür. Ancaq yenə də lazımlı müayinələrdən keçmək vacibdir.

www.yenicag.az

1696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv