!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Son zəng" hansı qaydalarla keçirilir? - BŞTİ müdiri açıqladı

!Reklam – Yazi

“Son zəng” pandemiya qaydalarına uyğun həyata keçirilir. Müəyyən təlimatlar var və təlimatlar ondan ibarətdir ki, son zəng tədbiri bir saat ərzində məktəb həyətində açıq havada keçirilə bilər və əgər çox məzun varsa, iki mərhələdə keçirilməlidir.

Yenicag.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə deyib.

O qeyd edib ki, son zəngdə yalnız məzunlar və onlara dərs deyən məhdud sayda müəllimlər iştirak edə bilər:

“Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları son zəngin pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilməsinə nəzarət edir. Biz əvvəlcədən bütün qaydaları və tövsiyələri məktəblərə vermişik və hazırda da bizim əməkdaşlarımız təhsil müəssisələrinə nəzarətə cəlb olunub”.

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv