!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sorğu başladı: Hansı azərbaycanlı iş adamı ölkəmiz adına böyük işlər görür?

!Reklam – Yazi

Azərbaycan öz iqtisadi və hərbi potensialına görə, regionda lider ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasət və bu siyasətin tərkib hissəsi olan iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, qüdrətli bir dövlətə çevrilib.

Dövlətimizin gücü həm də xaricdə yaşayan soydaşlarımızdan asılıdır. Dünyanın dörd bir yanına səpələnmiş həmyerlilərimiz ölkəmizin maraqları uğrunda ciddi işlər görməkdədirlər. Sevindirici haldır ki, bir çox həmyerlimiz dünya milyarderləri ilə bir araya gəlməyi bacarıblar. Onlardan bəziləri Azərbaycan üçün real olaraq ciddi işlər görməkdədirlər.

Yenicag.az İcmal.az Analitik Təhlil Saytına istinadən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təşkilati və texniki dəstəyi ilə 2017-ci ilin yekunlarına həsr edilmiş növbəti sorğusunu təqdim edir.

HANSI AZƏRBAYCANLI İŞ ADAMI ÖLKƏMİZ ADINA BÖYÜK İŞLƏR GÖRÜR? başlığı ilə reallaşan soğunun əsas məqsədi dünya azərbaycanlılarının diqqətini bir mərkəzə yönəltmək, görülən işlərə qiymət vermək, tanınmış ziyalılarımızı gənclər arasında təbliğ etməkdən ibarətdir.

Sorğu 25 Yanvar tarixinədək davam edəcək. Qalib həmyerlimizə “İLİN AZƏRBAYCANLISI” KUBOKU, DÖŞ NİŞANI VƏ PLAKATI TƏQDİM EDİLƏCƏKDİR.

Məlumat üçün qeyd edək ki, İCMAL.az Analitik Təhlil Saytı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təşkilati və texniki dəstəyi ilə bir çox sahələr üzrə peşəkar sorğular reallaşdırmaqdadır. “İLİN REKTORU” nominasiyasının qalibi Nərgiz Paşayeva, “İLİN BAŞÇISI” nominasiyası üzrə Elmar Vəliyev, Rəcəb Babaşov və digər nüfuzlu şəxslər layiq görülüblər.

Səsvermədə iştiraketmək üçün ASGA-nın rəsmi veb səhifəsi olan – www.AzSlav.org – saytına keçməklə sağ sütünda yerləşən sorğu qrafikində klik etmək lazımdır.

Sorğuda aşağıdakı azərbaycanlı oliqarx namizədlərin adı qeyd edilib.

1. Araz Ağalarov – iqtisad elmləri doktoru. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti.

2. Mübariz Mənsimov – AzərbaycandadoğulmuşTürkiyəliiş adamı,Palmali Şirkətlər Qrupununsahibi,Xəzər-Lənkəranfutbol klubununfəxri prezidenti.

3. Vahid Ələkbərov – Azərbaycanlı milyarder.Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti.

4. Fərhad Əhmədov – AzərbaycandadoğulmuşRusiyalı iş adamı, Rusiya milyarderi.

5. Qod Nisanov – Azərbaycandadoğulmuş, “Tərəqqi” medalı laureatı,Rusiyadafəaliyyət göstərən milliyyətçə dağ yəhudisi olan iş adamı.

6. Zarah İliyev – Azərbaycandadoğulmuş, Rusiyadafəaliyyət göstərənyəhudiiş adamı.

7. Füzuli Məmmədov(Frenk Elkaponi) – Azərbaycandadoğulmuş, “İntersever” şirkətlər qrupunun prezidenti

8. İsgəndər Xəlilov – azərbaycanlı milyarder, Rusiyanın “İSR” şirkətlər qrupunun prezidenti

9. İlham Rəhimov – Azərbaycandadoğulmuş, hüquq elmləri doktoru,professor

10. Telman İsmayılov – Azərbaycandadoğulmuş, Rusiyada yaşayan iş adamı vəAST Şirkətlər Qrupununsahibi, Rusiya milyarderi.

 

www.yenicag.az

2418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv