!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sorosun uşaqları": "Ermənistanı idarə edənlər düşdükləri “dalan” vəziyyətindən çıxmaq istəyirlərsə..." - REAKSİYA

!Reklam – Yazi

“İrəvanın sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə yubatması və gərginliyin artmasında maraqlı olması Ermənistanın özü üçün növbəti fəlakətlərlə nəticələnə bilər”.

Bu sözləri Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanın revanşist bəyanatlarına münasibət bildirən Milli Həmrəylik Partiyasının (AMHP) sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, Ermənistanın yeni xarici işlər nazirinin qeyri-davakar, liberal mövqe tutacağına, regionda “sülh, sabitlik və təhlükəsizlik” prinsiplərindən çıxış edəcəyinə qətiyyən ümid bəsləməyə dəyməz:

“Ermənistanın yaxın gələcəkdə təcavüzkar-revanşist siyasətini davam etdirəcəyi məlumdur. Ancaq Paşinyan və komandası bilməlidir ki, onların bu cür təhrikçi və qızışdırıcı ritorikası atəşkəsin pozulmasına, anti-terror əməliyyatının başlanmasına və bu dəfə “Dəmir Yumruğ”un onların başlarını həmişəlik əzməsinə gətirib çıxara bilər. “Sorosun uşaqları”ndan biri sayılan A.Mirzoyan unutmamalıdır ki, indi bölgədə şərtləri İrəvan yox, Bakı diktə edir və Ermənistan 10 noyabrda Rusiya və Azərbaycanla birgə imzaladığı üçtərəfli Bəyanatın şərtlərini qeydsiz-şərtsiz yerinə yetirməyə məcburdur. Ermənistanın başqa alternativi yoxdur. Paşinyan və onun naşı xarici işlər naziri bu cür revanşist ritorika ilə nə daxili, nə də xarici siyasətdə bir uğur qazana bilər. Bu gün Ermənistanı idarə edənlər düşdükləri “dalan” vəziyyətindən çıxmaq istəyirlərsə, rəsmi Bakının real sülh çağırışlarına müsbət cavab verməlidirlər”.

Gülşən Şərif

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv