Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Şortik” geyənləri kislota ilə yandırmaq istəyən Hafiz Hacıyev “şortik”də! – Fotolar

hafiz91Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Novxanıda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən bildirib ki, şortik geyinən kişiləri insanlar fitə basmalıdırlar. Partiya sədri hesab edir ki, şortik geyinən kişiləri saxlayıb lağa qoyub, qılçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin.

Facebook istifadəçisi Cavid Ağazadə isə Hafiz Hacıyevin Bodrumda çəkilən fotolarını aşağıdakı şərhlə paylaşıb: “Bodrumda şortik geyinir, Bakıda isə bomba oğlan olur…Öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtaranlar silsiləsindən…Bu söylədiklərini bunun özünə tətbiq etmək lazımdır…Bəlkə tövbə edər”.

11709499_877882082247066_2711964802183016595_n 11745401_10203289482237610_8064345091684118009_n 11745884_10203289482597619_2683595466133951352_n

 

www.yenicag.az

651