!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOS! Fırıldaqçı “psixoloqlar” peyda olub!

!Reklam – Yazi

11 Cəmiyyətdə hər sahədə olduğu kimi psixologiya sahəsində də fırıldaqçı, dələduz insanlara rast gəlmək olar. Zaman-zaman insanların belə şəxslərin “tor”una düşdüyünün şahidi olmuşuq. Bəs insanlar belə şəxslərdən necə qorunsun?

Yenicag.az-a danışan psixoloq Günel Məhərrəmlinin fikrincə, “Son zamanlar ölkəmizdə psixoloqlara müraciət edənlərin sayı artıb. Bir neçə il bundan əvvəl psixoloqa müraciət birmənalı qarşılanmırdı. Belə ki, psixoloqu “ruhi xəstə həkimi” el arasında “dəli həkimi”, müraciət edən şəxsi isə “ruhi xəstə” hesab edirdilər. Bu gün isə bu yanaşma azalıb. Artıq insanlar problemləri, narahatlıqları olduğu zaman psixoloqa müraciət edirlər və eyni zamanda uşaqda da hər hansı bir narahatlıqlar hiss edərlərsə həkimə deyil uşaq psixoloquna müraciət edirler. Çox müsbət haldır . Ancaq təəssüflər olsun ki hər sferada olduğu kimi psixologiya sferasında da həqiqi və fırıldaqçı psxioloqlara rast gəlmək mümkündür. Bəzi insanlarda belə bir yanaşma var. Hansı sahə daha çox gəlir gətirirsə mən o sahədə calışım. Bu gün bu məqsədlə çalışan “psixoloqların” sayı hesabı yoxdur. Bunu necə ayırd etmək olar? İlk öncə mütəxəssisə müraciət edən şəxs ondan diplomunu tələb etməlidir . Mütləqdir ki, psixoloqun psixologiya diplomu olsun. Hər hansı bir müəssisədə 6 ay kurs keçməklə heç kim özünü psixoloq adlandıra bilməz. Kurslar, universitetlərdə öyrənilən nəzəriyyənin möhkəmləndirilməsi ücün təcrübə məqsədilə nəzərdə tutulub. Lakin bəzi insanlar bunu düzgün dərk etmirler Əgər kurslar vasitəsilə psixoloq, ingilis dili muellimi, dizayner və s. kimi peşəyə sahib olmaq mümkündürsə onda niyə Azərbaycanın ali təhsil müəssisələrində bu ixtisaslar var? Çünki rəsmi dövlət sənədi verən yalnız ali təhsil müəssisəsidir. Bu gün isə kurslar özlərini elə təqdim edirlər ki, sanki diplom ikinci dərəcəli olub. Diplom ala bilməyən ali təhsil müəssisəsində illərlə kəsiri olan insan psixoloq kimi fəaliyyət göstərir və özü üçün mərkəz açır. Nə dərəcədə düzgündür ? Əgər bir insan ali təhsil müəssisəsini bitirə bilmirsə 4 illik bakalavr ixtisasının kurs materiallarını mənimsəyə bilmirsə hansı psixoloqdan hansı peşəkarlıqdan danışa bilərik ? Digər bir məqam psixoloq məsləhətlər verir, dərmanlar yazır, psixoloq insana baxaraq onun nə hiss etdiyini deyir, onun gələcəyini görür və s. Tamamilə yalnış, qeyri-peşəkar yanaşmadır. Psixoloq bədən dilinə görə müəyyən fikirlər deyə bilər, o da əgər şəxsin icazəsi olarsa. Dərman yaza bilməz. Çünki o həkim deyil, Psixoloq gələcəyi də görmür və məsləhət də vermir. Psixoloq ona müraciət edən şəxsə imkan yaradır ki, o özü öz problemlərini görsün, adekvat qavrasın və nəticə cıxartsın. İşıqlı yolu özü görə bilsin. Nəhayət psixoloqun özünün də problemləri olur təbii ki, bu da onun işinə mənfi təsir göstərir. Bunun üçün isə o super viziyadan keçməlidir. Bəzilərinin Super viziyadan da bir çox psixoloqlar nəinki keçmir,heç onun mahiyyəti haqqında məlumatı da yoxdur. Bütün bunları aradan qaldırmaq üçün dövlət tərəfindən xüsusi qurum təşkilat yaradılmalı və bununla da fırıldaqcı mütəxəssisləri insanlar tanımalıdırlar”.

Kamran/Yenicag.az

www.yenicag.az

2156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv