Sosial durumu ağır olan Qarabağ döyüşçüsü KÖMƏK İSTƏDİ – VİDEO 

Yenicag.az-ın tanınmış jurnalist Sara Safuranın təqdimatında yayımlanan “Zəfər yolu” verilişi Şükürlü Qəhrəman Qəşəm oğluna həsr olunub.

İmişli rayonu Xubyarlı kəndində doğulan 22 yaşlı Qəhrəman keçdiyi şərəfli döyüş yolundan danışıb.

Qeyd edək ki, Qəhrəman Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, ayağından qəlpə yarası alıb.

Ağır sosial durumundan söz açan Qəhrəman ailəsinin və özünün yardıma ehtiyacı olduğunu bildirib:

“Atam və anam xəstəlikdən əziyyət çəkirlər. Onlara mən baxıram. Maddi durumumun yaxşılaşması üçün kömək istəyirəm”.

Qeyd edək ki, Qarabağ döyüşçüsü Prezidentin Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Videonu təqdim edirik:

Cəvahir

Cavid

Naiq