Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Sosial layihələr” müsabiqəsinin 2019-cu il üzrə yekunu müəyyənləşdi

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.

Müsabiqəyə 01 avqust 2019-cu il tarixindən noyabrın 20-dək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar), ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər), elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları tərəfindən ümumilikdə 450-dən artıq layihə təqdim edilmişdir. Ümumi layihələrin 72 %-i qeyri-hökumət təşkilatlarından (ictimai birlik və fondlar), 28 %-i isə təhsil mühitindən ( ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri, elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları) daxil olmuşdur. Bununla yanaşı, layihə təkliflərinin 25 %-i bölgələrdən, geri qalan hissəsi isə Bakı və Sumqayıt ərazisindən təqdim edilmişdir.

Qeyd edək ki, müsabiqəyə göndərilən layihələrin qiymətləndirilməsi hazırda davam edir və bugünədək 9 layihə qalib müəyyən edilmişdir. İştirakçılara müsabiqənin nəticələri barədə elektron formada məlumat göndəriləcək.

Xatırladaq ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Loading...

www.yenicag.az

472
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100