Sosial media fenomeni vəfat etdi – FOTO

Sosial media fenomeni Evra Köseoğlu vəfat edib.

Yenicag.az xəbər verir ki  Türkiyə mediasına istinadən xəbər verir ki, Köseoğlunun ölüm xəbərini 17 yaşlı qızın ailəsi sosial media hesabından açıqlayıb.

Təxminən 5 ildir ki, 200 min abunə ilə “YouTube” kanalında şəxsi baxım və həyat tərzi məzmunlu videolar çəkən Evra Köseoğlundan illərdir ki, progeriya xəstəliyi ilə mübarizə aparırmış.

Evra Köseoğlunun ölüm səbəbi açıqlanmasa da, onun “Hutcinson Gilford” xəstəliyindən dünyasını dəyişdiyi təxmin edilir.