Sosial media tanışlığı ölümünə səbəb oldu: “Ata, mən evlənmək istəyirəm” – FOTO

Türkiyənin Zonquldak bölgəsindən sosial mediada tanış olduğu qızla görüşmək üçün İzmirə gedən və 48 gündür xəbər alına bilinməyən gənc ağaca asılı halda tapılıb. 

Yenicag.az xəbər verir ki, meyit İzmirin Çeşmə bölgəsində aşkar edilib.

İddiaya görə, gənc oğlan 11 avqust tarixində atası ilə danışıb. O atasına İzmirdə bir qızla tanış olduğunu, evlənmək istədiyini, bunun üçün İzmirə getməli olduğunu deyərək evdən çıxıb. 48 gündür xəbər alınmayan gənc dünən ağacdan asılı halda tapılıb.

Atası oğlunun son dəfə ona zəng edərək İzmirdə olduğunu və narahat olmamalarını söylədiyini deyib. Bundan sonra isə, heç bir xəbər olmayıb. Oğlundan xəbər ala bilməyən ata polisə onun itkin düşməsi ilə bağlı məlumat verib.

Dünən şəhər sakinləri ağaclıq ərazidə gənc oğlan meyitinin varlığı barədə polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları meyit üzərində baxış keçirərək onun Zonquldak sakini həmin gənc olduğunu sübut edib.

Cəsəd araşdırılması üçün ekspedisiyaya verilib.

Araşdırma aparılır.