!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sosial mediada təhqirlərin qarşısını almaq üçün hüquqi boşluqlar doldurulmalıdır” – Tənzilə Rüstəmxanlı 

!Reklam – Yazi

“Ölkə hökuməti təhqir olunan ictimai nüfuzlu qadınlarımızın hüquqlarını qorumaq üçün yeni qaydalar qəbul etməlidir”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Esra Albayrak ilə kürəkəni, ölkənin xəzinə və maliyyə naziri Berat Albayrakın yeni doğulmuş körpələri ilə əlaqədar sosial şəbəkələrdə yazılan təhqirlərə türk cəmiyyətinin sərt təpkisini dəyərləndirən Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı deyib.

Tənzilə Rüstəmxanlı bildirib ki, Türkiyənin nüfuzlu siyasətçiləri və onların xanımları prezident Ərdoğanın qızının təhqir olunmasına kəskin reaksiya göstərməklə, əxlaqi dəyərlərin siyasi rəqabətin fövqündə dayandığını bir daha nümayiş etdiriblər:

“Bir millət əxlaqlıdırsa, hər zaman öz daxili həmrəyliyini təmin edə bilir. Prezident Ərdoğanın qızı ilə bağlı son xoşagəlməz olay göstərdi ki, Türkiyə cəmiyyəti özünün milli-mənəvi dəyərlərə möhkəm bağlılığını qoruyub saxlayıb.

Əgər məsələ ailə mövzusuna aid olursa, türk milləti əl-ələ verərək, bu gedişata “dur” deməyi bacarır. Ona görə də, sözügedən məsələdə təhqirə yol verən şəxslər polis nəzarətinə götürülüb.

Hesab edirəm ki, bu cür addımlar Azərbaycanda da atılmalı və qanunvericilikdəki mövcud boşluqlar doldurulmalıdır. Ölkəmizdə bəziləri sayt açaraq, şantajla pul qoparmaq və ya kimlərisə təhqir etməklə məşğuldurlar.

Bir çoxları isə hansısa məmurlara xidmət edir və öz yolverilməz fəaliyyətləri ilə milli-mənəvi dəyərlərimizə zərbə vururlar. Bu cür jurnalistlərə qarşı yüksək məbləğdə cərimələr tətbiq olunmalıdır.

Təəssüf ki, bu gün Azərbaycan mediasında və sosial şəbəkələrdə təhqirlər geniş yayılıb. Bu vəziyyətin qarşısı alınmalı, xüsusilə də, məhkəmə sistemindəki nöqsanlar aradan qaldırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

1192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv