Sosial mediadakı paylaşımına görə yaşı qədər həbs cəzası aldı

Səudiyyə Ərəbistanında “Twitter”dəki paylaşımlarına görə 34 yaşlı Səlma əl-Şəhaba yaşı qədər həbs cəzası verilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə təhsil alan qadın tətil üçün ölkəsinə geri dönüb.

Daha sorna 2 uşaq anasına “Sosial medianı toplumu narahat etmək və beynəlxalq təhlükəsizliyə xələl gətirmək üçün istifadə etmək” ittihamı ilə 3 il həbs cəzası verilib. Lakin sonradan prokuror buna etiraz edib və məhkəmə qərarını dəyişərək əl-Şəhaba 34 il həbs cəzası təyin edib. Həmçinin həbs müddəti bitdikdən sonra onun 34 il də ölkədən çıxışına qadağa qoyulub.