Sosial mediadakı paylaşımlarına görə həbs edildilər

Türkiyədə baş verən zəlzələ ilə bağlı sosial şəbəkədə lağlağıçı paylaşım edən iki gənc saxlanılıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, paytaxt Ankarada zəlzələ ilə bağlı sosial şəbəkədə lağlağıçı paylaşım edən 17 və 21 yaşlı iki qız saxlanılıb.

17 yaşlı qızın uşaq polisinə təhvil verildiyi, digərinin isə şöbədəki sorğusunun davam etdiyi qeyd olunub.