“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi “Vətəndaşlar arasında Konstitusiyada təsbit olunmuş sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn hüquqlara dair biliklərin verilməsi” adlı layihə həyata keçirir.
Layihənin Bakı şəhərində, Quba, Xaçmaz və Masallı rayonlarında həyata keçirilməsi planlaşdırılıb. Layihənin məqsədi sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn həmin hüquqlara dair biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi haqqında əhalinin maarifləndirilməsidir. Layihə çərçivəsində seçilmiş ərazilərdə dəyirmi masalar keçiriləcəkdir.
Tədbirlər sosial hüquqların təşviqi, sosial problemlərin həllinə yönələn həmin hüquqlara dair biliklərin artırılması və pozulmuş hüquqların bərpa edilməsi haqqında maarifləndirilməsi, mövzuya aid paylama materiallarının təqdim edilməsi, həmçinin dialoq platforması formatında keçiriləcək. Nəticədə layihədən faydalanan əhalinin Konstitusiyada təsbit olunmuş sosial hüquqlar, sosial hüquqları əks etdirən qanunvericilik aktlarının müddəaları və əsas prinsipləri barədə, bu aktların sosial problemlərin həllinə yönələn işləmə mexanizmi və nəzərdə tutulan məsuliyyətlər barədə bilikləri artacaq, vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi təmin ediləcək, sosial hüquqları əks etdirən qanunvericilik aktlarının müddəaları və əsas prinsipləri, bu aktların sosial problemlərin həllinə yönələn işləmə mexanizmi və nəzərdə tutulan məsuliyyətlər barədə maarifləndirmə vasitəsilə vətəndaşlar ilə dövlət orqanı, bələdiyyələr və s. arasında fəaliyyətin səmərəliliyinin və operativliyinin yüksəldilməsinə, vətəndaş – məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına dəstək olunacaq.
İşıqlandırılması nəzərdə tutulan mövzu barədə alınan bilgilər iştirakçılara və onların ətraflarına gələcəkdə bu bilgilərdən səmərəli istifadəsi üçün baza yaradacaq, ümumilikdə Azərbaycan Respublikasının sosial inkişafına, korrupsiyaya qarşı ölkədə aparılan mübarizəyə, insan hüquqlarının müdafiəsinə və təmin edilməsinə dəstək olacaq
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.